AZ

3x3 basketbol: Dövlət qurumları arasında turnir keçirilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə dövlət qurumları arasında 3x3 basketbol turniri təşkil edilib.

Yarışda 8 dövlət qurumu qüvvəsini sınayıb.

Avropa Oyunları Parkında xüsusi quraşdırılmış basketbol meydançasında təşkil olunan yarışda qadınlar arasında AZAL birinci olub. Gənclər və İdman Nazirliyi və SOCAR yarışı ikinci və üçüncü pillədə sonlandırıb.

Kişilər arasında isə AZAL, Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi kollektivləri fərqlənməyi bacarıblar.

3x3
3x3
3x3
3x3
3x3
3x3
3x3
3x3
3x3
3x3
3x3
3x3
3x3
3x3
Seçilən
31
8
cbcsport.az

10Mənbələr