AZ

57 qadına təcavüz edən modelyer cəzasını aldı

Toronto (Kanada) məhkəməsi 83 yaşlı modelyer Peter Nyuqardı cinsi təcavüzə görə 11 il həbs cəzasına məhkum edib.
 
Bu barədə CTV telekanalı məlumat yayıb.
 
Qeyd edilir ki, artıq həbsdə keçirdiyi vaxtı nəzərə alsaq, Nyuqard yeddi ildən bir qədər tez azadlığa çıxacaq.
 
O, 2023-cü ilin payızında adnçılar heyəti tərəfindən günahkar bilinib. Prokurorlar onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyiblər.
 
Modelyer 2020-ci il dekabrın ortalarında ABŞ-nin tələbi ilə Vinnipeqdə (Manitoba) saxlanılıb. O, ABŞ, Kanada və Baham adalarında zorlama, insan alveri və qəsbdə ittiham olunub. Kişinin barəsində 57 qadın məhkəməyə müraciət edib. Cinayət hadisələrinin bəziləri hələ 1977-ci ildə baş verib, həmin vaxt iki qadının 14 yaşı olub.
 
Bundan başqa, milyarderin iki oğlu tərəfindən də ayrıca iddia qaldırılıb və onlar yeniyetmə yaşlarında ikən atalarının birbaşa göstərişi ilə onun tanışı olan qadın tərəfindən zorlandıqlarını iddia ediblər.
Seçilən
157
16
moderator.az

10Mənbələr