AZ

Millimiz bu gün Serbiya ilə QARŞILAŞIR

21 yaşadək (U-21) futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. 

Bizim.Media xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Bakıda Serbiya yığmasını qəbul edəcək. 

“Dalğa Arena”da baş tutacaq matç saat 19:00-da start götürəcək. Qeyd edək ki, rəqib 8 qarşılaşmadan sonra 10 xalla üçüncü, komandamız 3 xalla (7 oyun) sonuncu – altıncı pillədə qərarlaşıb.

Azərbaycan (U-21) – Serbiya (U-21)

Dalğa Arena. Saat 19:00

Baş hakim: Bastien Dechepy

Baş hakimin köməkçiləri: Alexis Auger, Brice Parinet Le Tellier

Dördüncü hakim: Florent Batta.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
23
13
bizim.media

10Mənbələr