AZ

18 ölkənin gənc liderləri COP29-a beynəlxalq ictimai dəstək üçün Bakıda toplanıb

Bakı, TurkicWorld

Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi, "Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" İctimai Birliyinin (ADTGT) təşkilatçılığı və AR Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə 09-13 sentyabr 2024-cü il tarixlərində Bakı şəhərində "Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi" adlı Beynəlxalq Gənclər Forumu öz işinə başladı.

TurkicWorld xəbər verir ki, 18 ölkənin 24 gənc liderinin, gənclərlə işləyən QHT rəhbərlərinin və eləcədə ölkəmizin 60-dan artıq gənclər təşkilatı rəhbərlərinin və hökumət strukturu təmsilçiləri, ekspert və digər qonaqların iştirakı ilə beynəlxalq tədbirin plenar açılışı 10 sentyabr 2024-cü ildə Bakı Konqres Mərkəzində keçirildi.

Fransa, Finlandiya, Danimarka, Norveç, İspaniya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa, Latviya, Litva, Türkiyə, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Qazaxıstanı təmsil edən fəal gənc liderlər, gənclər QHT rəhbərləri, ekspert və mütəxəssislər 4 gün müddətində Azərbaycanlı həmkarları ilə qlobal ətraf mühit, iqlim dəyişikliyi problemləri, onunla mübarizə, eko könüllülüyün genişləndirilməsi, yaşıl dünyanın təşviqi və yaşıl iştirakçılıq sahəsində əməkdaşlıq, mübadilə və şəbəkələşmə imkanları, COP29-a beynəlxalq ictimai dəstək, Azərbaycanın yaşıl dünya naminə qlobal fəaliyyətlərinin yayılması mövzularında panel müzakirələri təşkil edəcək, rəsmi qurumlarla və QHT koalisiyaları ilə görüşlər keçirəcək və bu istiqamətdə davamlı fəaliyyətlər üçün çağırışlar ediləcəkdir.

Forumun yekununda Bakı Bəyannaməsinin qəbulu, COP29-a beynəlxalq ictimai dəstək çağırışı və "İqlim dəyişikliyi və fəal yaşıl iştirakçılıq üzrə" Əməkdaşlıq Şəbəkəsinin qurulması və davamlı inkişafı məsələləri də nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
24
turkic.world

10Mənbələr