AZ

Çempionlarımızı səmada təbrik etdilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları Vətənə dönüblər.
Oxu.Az xəbər verir ki, Parisdən Bakıya "Türk Hava Yolları"nın təyyarəsi ilə qayıdan Paralimpiya çempionlarımız səmada xüsusi təbrik olunublar.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.
Xatırladaq ki, paralimpiyaçıların ilk qrupu daha əvvəl vətənə qayıtmışdı.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
5
oxu.az

10Mənbələr