AZ

Vyetnamda "Yaqi" qasırğası 140-dan çox insanın həyatına son qoydu

Vyetnamda "Yaqi" qasırğası nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb. Daha 58 nəfər hələ də itkin sayılır.

Qaynarinfo xəbər verir ki, bu barədə AFP yerli hökumətin məlumatlarına istinadən məlumat yayıb. 

AP-nin aydınlaşdırdığı kimi, Vyetnamın şimalında qəfil daşqın bütöv bir kəndi yuyub apardıqdan sonra qurbanların sayı artıb. Nəticədə ən azı 16 nəfər ölüb, onlarla insan itkin düşüb. 

Kənd Təsərrüfatı Nazirliyi əlverişsiz hava şəraiti səbəbindən 210 min hektara yaxın əkin sahəsinin məhv olduğunu bildirib. 700-dən çox insan yaralanıb.

Xatırladaq ki, "Yaqi" qasırğası tayfunu sentyabrın 1-də Cənub-Şərqi Asiyanı vurub. Filippin, Çin və Honq Konqda da ölümlərə səbəb olub. Filippin Milli Fəlakət Riskinin İdarə Edilməsi və Azaldılması Şurası təbii fəlakətin vurduğu zərəri 1,36 milyard Filippin pesosu (27,57 milyon dollar) səviyyəsində qiymətləndirib.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
50
qaynarinfo.az

10Mənbələr