AZ

Növbəti iki gündə geomaqnit qasırğası olacaq

Bakı. Trend:

Sentyabrın 12-13-də geomaqnit qasırğası olacaq, radiosiqnallarınötürülməsində kəsilmələr müşahidə edilə bilər.

Bu barədə Trend-ə Bakı Dövlət Universitetinin Fizikafakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Məlumata görə, günəşdə davamlı olaraq baş verən M sinif(radiodalğaları əngəlləyən, yayılmasına mane olan) alışmalarhesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb.

Günəşin şimal-qərb hissəsində sentyabrın 10-da baş verən tackütlə atılması Yerdə sentyabrın 12-si günün ikinci yarısındanbaşlayaraq 13-ü axşam saat 18:00 radələrinədək davam edən geomaqnitqasırğası yaradacaq. Bu tarixlərdə radiosiqnallarda, onlarınötürülməsi və qəbulunda kəsilmələr müşahidə edilə bilər.

Hazırda geomaqnit sahə sakit və qeyri-stabildir. Sentyabrın10-da baş verən tac kütlə atılmasının təsiri Yerdə 12-13 sentyabrtarixlərində özünü göstərəcək.

Sentyabrın 12-si gecə geomaqnit qasırğanın səviyyəsiG1(mülayim), sentyabrın 13-ü səhər 08:00 radələrinədək G2 (orta),saat 20:00-dək G1 olacaq. Sonrakı müddətdə geomaqnit sahə sakitsəviyyəyə qayıdacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
47
az.trend.az

10Mənbələr