AZ

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 93%-i ötüb

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 93%-i ötüb.

Bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatında bildirilir.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 93,09% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 6,53 faiz bəndi çoxdur.

Qeyd olunub ki, hazırda anbarlardakı qazın ümumi həcmi 103,14 mlrd. kubmetrə yaxındır.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Seçilən
127
18
banker.az

10Mənbələr