AZ

Şirkət rəsmisi “Azərbaycan” qəzetini məhkəməyə verdi

Milli Məclisin orqanı olan “Azərbaycan” qəzeti məhkəməyə verilib.

KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı Bağırova Aygül Saday qızıdır.

Araşdırmalarımız zamanı məlum olub ki, Aygül Bağırova “Granate of Azərbaycan” şirkətinin baş direktoru və “Tovuz Baltiya” şirkətlər qrupunun aparat rəhbəridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr edilmiş “Qalib Sərkərdə” və birinci vitse-prezident Mehriban xanım Əliyevaya həsr edilmiş “Qalib Sərkərdənin zərif gücü” adlı kitabların müəllifidir.

Onunla “Azərbaycan” qəzeti arasındakı mübahisənin detalları bəlli deyil. Açıq mənbələrdə də işin mahiyyəti barədə heç bir məlumat yoxdur.

Aygül Bağırovanın iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Həmid Ağalarov iş üzrə hakim təyin edilib.

“Tovuz Baltiya” Azərbaycanın ilk özəl şirkətlərindən biridir. 1989-cu ildə təsis edilən şirkət şərab istehsalı ilə məşğuldur. Şirkətin təsisçisi Naiq Məmmədhəsənovdur.

“Azərbaycan” qəzeti 1918-ci ildən fəaliyyət göstərir. Qəzetin baş redaktoru Bəxtiyar Sadıqovdur. O, eyni zamanda Milli Məclisin deputatıdır.

Seçilən
32
6
konkret.az

8Mənbələr