AZ

Telefon yeniyetmələrə qadağan edə bilər

İtaliyada uşaqların smartfonlardan istifadə etmələrini və sosial media hesablarına sahib olmalarını qadağan etmək üçün başladılan petisiya kampaniyası mübahisələrə səbəb olub. 

KONKRET.az İtaliya mətbuatına istinadən xəbər verir ki, pedaqoq Daniele Novara və psixoterapevt Alberto Pellai tərəfindən 16 yaşdan kiçik uşaqların mobil telefona sahib olmasının qarşısını almaq məqsədi daşıyan imza kampaniyasına İtaliyanın məşhur simaları da dəstək verib.

Rejissor Paola Kortellesi ilə yanaşı,  Stefano Accorsi və Luca Zingaretti kimi italyan aktyorlar da kampaniyaya qoşularaq, uşaqların cib telefonlarından və sosial mediadan qorunması lazım olduğunu müdafiə ediblər.

“La Repubblica”da dərc edilən bir araşdırma, 11-19 yaşlı uşaqların yüzdə 47-nin gündə 5 saatdan çox vaxtını internet tətbiqlərinə sərf etdiyini və bu nisbətin 2020-ci ildə yüzdə 30 olduğunu ortaya qoyub.

İtaliyanın Təhsil Naziri Valditara iyul ayında verdiyi açıqlamada, yeni tədris ilindən orta məktəbə qədər təhsil də daxil olmaqla, hər hansı bir məqsədlə sinif otaqlarında ağıllı mobil telefonların istifadəsini qadağan edən bir sirkulyar imzaladığını açıqlamışdı.

Qeyd edək ki,  bundan əvvəl Avstraliya hökuməti də 14 yaşdan kiçik uşaqlara sosial şəbəkəni qadağan edən qərarı müzakirə etdiyini açıqlamışdı.

Seçilən
109
50
konkret.az

10Mənbələr