AZ

Maks Ferstappen: "Bakıdakı trek maraqlıdır"

"Bakıda sürmək üçün maraqlı trek var".

"Gpblog.com" xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" pilotu Maks Ferstappen Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

"Buraya gəlmək həmişə yaxşı çağırışdır. Biz yenidən yarışa qoşulmağa hazırıq. Həftəsonu hansı nəticənin olacağını birlikdə görəcəyik", - deyə 26 yaşlı niderlandlı sürücü bildirib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında keçiriləcək.

Seçilən
17
2
cbcsport.az

3Mənbələr