Argentina millisinin qapıçısı Emiliano Martinez DÇ-2026-nın seçmə mərhələsində Kolumbiyaya uduzduqdan sonra (1:2) televiziya kamerasına zərbə endirib
News24.az Publika.az-a istinadən xəbər verir ki, görüş başa çatdıqdan sonra Martinez meydanın mərkəzində Kolumbiya millisinin futbolçuları ilə əl sıxıb. Bu anı operator lentə alıb. Daha sonra DÇ-2022-nin çempionu və ən yaxşı qapıçısı kamera ilə üzbəüz gəlib və ona zərbə endirib. O, hücumdan sonra heç nə olmamış kimi komanda yoldaşlarını qucaqlamağa davam edib.
Qeyd edək ki, Cənubi Amerika zonasında seçmə mərhələnin səkkiz turundan sonra Argentina millisi 18 xal toplayıb və turnir cədvəlində birinci yerdədir. Oktyabrın 9-da keçiriləcək növbəti matçda argentinalılar səfərdə Venesuela ilə qarşılaşacaq.