Azərbaycan çempionu "Sabah"ın FIBA Çempionlar Liqasında oyununun başlama vaxtı dəqiqləşib.
Komanda təsnifat mərhələsində "Norçepinq Dolfins"lə qarşılaşacaq.
Türkiyənin Antalya şəhərində keçiriləcək matç sentyabrın 17-də Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Qeyd edək ki, oyun İctimai TV vasitəsilə yayımlanacaq.