AZ

Bakıda ofisdə faciəvi şəkildə ölən Rasifin FOTOLARI

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Bakı şəhər Səbail rayonundakı inzibati binaların birində bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, “Azərneftkimyamaş” ASC-də işləyən 1991-ci il təvəllüdlü Rasif Asif oğlu İbrahimov saat 19 radələrində elektrik işləri gördüyü zaman onu cərəyan vurub. O, hadisə yerində ölüb.

Qeyd edək ki, hadisə ilə bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.

Faciəvi şəkildə ölən 33 yaşlı Rasifin fotolarını təqdim edirik.

Kərim Abbaszadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
bakivaxti.az

1Mənbələr