AZ

PAŞA Travel “Startup World Cup”-un tərəfdaşı oldu

Sentyabrın 19-da ADA Universitetində keçiriləcək “Startup World Cup” yarışması, regionun innovativ startaplarını bir araya gətirəcək.

Dünyanın prestijli qlobal startap yarışmalarından sayılan bu tədbirin əsas tərəfdaşlarından biri PAŞA Travel, təşkilatçıları isə “Technovate Investments” və “Pegasus Tech Ventures” şirkətləridir.

Azərbaycanın aparıcı turizm şirkəti olan PAŞA Travel, yalnız ənənəvi turizm xidmətləri göstərməklə kifayətlənmir, həm də müasir texnologiyaların və innovativ həllərin tətbiqi ilə turizm sahəsində yeniliklərə imza atmağı hədəfləyir. Şirkət, turizmin gələcəyini formalaşdırmaq məqsədilə müxtəlif sektorlar arasında inteqrasiyanı təşviq edir və bu baxımdan, gənc sahibkarların və startapların ideyalarını dəstəkləməyə xüsusi diqqət yetirir.

PAŞA Travel, turizm sektorunda rəqəmsal transformasiyanın liderlərindən biri kimi çıxış edərək, müştərilərinə fərdi yanaşma və unikal səyahət təcrübələri təqdim edir. Şirkət, gənc startapların yeni texnologiyaları və innovativ ideyaları turizm sahəsinə tətbiq edərək, sektorda köklü dəyişikliklər etmələrinə imkan yaradır. Bu cür dəstək, PAŞA Travel-in yalnız öz fəaliyyətində deyil, həm də ölkənin ümumi iqtisadi və texnoloji inkişafına töhfə vermək məqsədilə həyata keçirdiyi strateji addımlardan biridir.

Azərbaycanda belə qlobal səviyyəli tədbirin keçirilməsi, ölkəmizin startap ekosisteminin güclənməsinə və turizm sahəsində yeni imkanların yaranmasına şərait yaradır. PAŞA Travel, bu prosesin bir hissəsi olmaqla, gənc sahibkarların rəqəmsal və turizm sektorunda uğur qazanmasına dəstək verməkdə davam edir. Şirkətin təklif etdiyi müasir turizm həll və xidmətləri haqqında daha ətraflı məlumatı www.pashatravel.az rəsmi internet səhifəsindən və sosial media hesablarından əldə edə bilərsiniz.

PAŞATravel Startup World Cup tərəfdaş
Seçilən
22
19
marja.az

10Mənbələr