Türkiyə Milli Futbol Komandasının baş məşqçisi Vinçenzo Montella dünya çempionatında iştirakın Avropa çempionatında iştirakdan qat-qat çətin olduğunu və hər matça final oyunu kimi baxdıqlarını bildirib. Montella Milli Komandanın hədəflərindən də danışıb.
İtaliyanın Türkiyədəki səfirliyi tərəfindən təşkil edilən "MeeTürkİtaly" toplantısında açıqlama verən Milli Futbol Komandasının baş məşqçisi Vinçenzo Montella UEFA Millətlər Liqasına Uelslə heç-heçə, İslandiyaya qalibiyyətlə yaxşı başladıqlarını ifadə edərək, "Çox gözəl bir oyun keçirdik",- deyib: “Biz çətin qrupdayıq. Uels keçən il A Liqasında idi, bu il rəqabət çox yüksək səviyyədə davam edir. Millətlər Liqası sayəsində belə bir turnirdə rəqabətin olması yaxşı haldır son, amma əlbəttə ki, matçlara köklənirik və hər matçda əlimizdən gələni etməyə çalışırıq”.