AZ

Qərbdən Ukraynaya YAŞIL İŞIQ – Rusiya ərazisi NATO silahları ilə vurulsa, Kreml nə EDƏCƏK?

Getdikcə daha çox Qərb ölkəsi Ukraynaya verdiyi silahlarla Rusiya ərazilərini vurmağa icazə verir. Belə ki, Böyük Britaniya artıq Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli “Storm Shadow” raketlərindən zərbə endirmək üçün Ukraynaya yaşıl işıq yandırmaq qərarına gəlib.

Hələlik bu məsələyə ABŞ tam müsbət cavab verməsə də, prosesin gedişi belə deməyə əsas verir ki, növbəti addımda Vaşinqton da anoloji addım atacaq. Bu isə o deməkdir ki, Kiyev bundan sonra Rusiyanın ərazilərini Qərbdən aldığı silahlarla getdikcə daha intensiv şəkildə vurmağa başlayacaq. Hətta həmin silahlarla Rusiyanın dərinlikləri də zərər görəcək. 

Moskva bu vəziyyətdə dəfələrlə ən yüksək səviyyələrdə Qərbə cavab verəcəklərini bəyan edib. Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl jurnalistlərə verdiyi açıqlamada bu addımın qlobal münaqişəyə səbəb ola biləcəyini də qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin SÜLH PLANI – Ukrayna torpaqları Rusiyaya bağışlanacaq?


Görəsən, yaranmış vəziyyətdə Rusiya öz ərazilərinin vurulması fonunda sözünü tutub Qərbə cavab verəcəkmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bu məsələdə Rusiyanın seyrçi mövqedə qalacağını düşünmür:

“Qərbdən alınan silahlarla Kiyevin Rusiyanın dərinliklərini vurması məsələsi fikrimcə, hələlik Qərbin konsensus əldə etmədiyi bir məsələdir. Özəlliklə son aylarda Polşa və Finlandiya Ukrayna silahları ilə vurulma məsələsində ortaya konkret mövqe qoydu. Onlar qeyd etdilər ki, artıq Ukraynaya silah tədarükündə aktiv iştirak etməyəcəklər. Bu əslində Qərbin satdığı silahların Rusiya ərazisində istifadəsinə  imkan verəcəyinin anonsu idi. 

Amma hələ də bu məsələdə yekdil qərar yoxdur.

Lakin istənilən halda Ukraynanın Qərbən aldığı silah-sursatlardan Rusiya ərazisində istifadə etməsi qarşıdurmanı daha da dərinləşdirəcək. Bu fonda Rusiyanın təkcə Ukraynaya cavab verməklə, yaxud vəziyyəti sadəcə sakit seyr etməklə kifayətlənəcəyini də düşünmürəm. Rusiya əlindəki imkanlarla Avropaya özəlliklə enerji məhsullarının tədürükü məsələsində və digər iqtisadi məsələlərdə təzyiqlərə də əl ata bilər. 

Hər halda Ukrayna tərəfinin Qərb silahlarından Rusiya ərazisində aktiv şəkildə istifadə etməsi, ona cavab olaraq Moskvanın da müəyyən addımlar atmasına səbəb olacaq. Rusiyanın bu məsələyə sakit, seyrçi mövqedən yanaşacağını düşünmürəm”.

Ekspert qeyd edir ki, Ukrayna Rusiya savaşında növbəti mərhələyə şahidlik edirik:

“Hansı ki, bu mərhələdə Ukrayna Rusiya ərazilərinə daxil olub. Qərbin bir sıra ölkələri Kiyevə verdiyi silahlardan Rusiya ərazisində istifadəyə icazə verib. Bu isə vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Hər halda noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra Qərb Ukrayna münasibətlərində başqa bir mərhələnin başlaması da mümkündür”. 

Rüfət Sultan, Bizim.Media 
 

Seçilən
174
35
bizim.media

10Mənbələr