Rusiya prezidenti Vladimir Putin oktyabrın 22-də Kazanda keçirilən BRİKS sammitində Hindistanın baş naziri Narendra Modi ilə ayrıca ikitərəfli görüş keçirməyi təklif edib.
"Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Kremlin Teleqram kanalı məlumat yayıb.
“Cənab Modini Kazanda gözləyirik. Təklif edirəm ki, Moskvaya səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə birgə işimizin yekunlarına yekun vurmaq və yaxın gələcək üçün perspektivləri müəyyən etmək üçün oktyabrın 22-də Kazanda ikitərəfli görüş keçirək”, - Rusiya lideri ilə danışıqlarda deyib. Bundan əvvəl Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar bildirib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar Moskva və Kiyevin iştirakı ilə aparılmalıdır.
Havar Şəfiyeva