AZ

Şvabe ermənilərin konyak diplomatiyasının abidəsi olmuş bir şəxsdir - ÖZƏL

"Frank Şvabenin artıq kim olduğunu, hansı işlə məşğul olduğunu bizim cəmiyyət də, dünya ictimaiyyəti də yaxşı bilir". 

Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

"Azərbaycanın AŞPA nümayəndələrinə qarşı qərəzli münasibəti, mövqeyi məhz Şvabenin dırnaqarası fəaliyyətləri nəticəsində oldu. Şvabe həmin o şəxsdir ki, ölkəsində neonasist təşkilatları olan Pegida ilə açıq əməkdaşlığı var. Paralel olaraq da erməni lobbisinin, ermənilərin konyak diplomatiyasının abidəsi olmuş bir şəxsdir. Onunla bağlı kifayət qədər ciddi korrupsiya qalmaqalları da mövcuddur. Yəni belə bir şəxsin Azərbaycanı siyasi məhbuslar məsələsində ittiham etməsi və yaxud da onların azad olunmasına dair çağırışlar etməsi gülməlidir. Almaniyanın özündə kifayət qədər siyasi məhbus var. Paralel olaraq, Almaniyanın özündə nemunasizm, irqçilik, islamofobiya kimi ideologiyaları günü-gündən artmaqdadır. Şvabe yaxşı olar ki, ilk öncə ölkəsindəki problemləri həll etsin, daha sonra Azərbaycanın "siyasi məhbus" məsələsinə toxunsun. Azərbaycandakı məhbusların siyahısı konkret var və bu da elə insan haqları təşkilatlarına, beynəlxalq təşkilatlara vaxtlı-vaxtında verilir. 
"Siyasi məhbus" ifadəsindən əslində qorxmaq lazım deyil, yəni hər nə qədər bunu Avropa siyasi məhbus kimi kateqoriya eləsə də, bir çox insanlar var ki, onlar dövlətə xəyanətdən həbs ediliblər və bunu heç bir halda siyasi məhbusluq kimi qiymətləndirmək olmaz. Qaldı ki  lap digər ölkədə siyasi məhbus varsa belə, Azərbaycan prezidenti İlham Əliyev il ərzində ən azından iki-üç dəfə əfv fərmanı imzalayır. Yəni minimum ildə bir dəfə fərman imzalanır və bu şəxslərin içində də bundan ən çox siyasi məhbus adlandıranlar yararlanır. Yəni Azərbaycan heç bir məhbusu uzun müddət içəridə saxlamır. Əslində, təbii ki, xüsusi amansızlıq, cinayət, vətənə xəyanət və s. bunlar başqa məsələlərdir. Amma lap siyasi normativli həbslər  belə olsa, onlar uzun müddət həbs edilmir və bir müddət sonra cəzaları vaxtından öncə bağışlanır. Yəni bunu Azərbaycan edir, bəs Almaniya nə edir? Almaniyanın özündə, Fransada, Amerikanın özündə 50 il həbsdə qalıb, 50 il sonra üzr istəyib, təzminat verib çölə buraxılan insanlar olur. Müqayisəyə qoysaq, Almaniyanın kifayət qədər problemləri olduğu deyə bilərik. Amma bizim hansısa bir müqayisə aparmaq kimi niyyətimiz yoxdur. Bu insan haqları təşkilatları, insan haqları pozulması, siyasi məhbus, jurnalist həbsləri kimi məsələlər Avropanın hər zaman başqa ölkələrə qarşı təzyiq vasitəsinə çevrilib. 
Misal üçün, gəlin baxaq: Fransa Azərbaycandan bu günə qədər Qarabağ ermənilərinə müstəqillik istəyirdi. Amma Azərbaycan yeni Kaledoniya və Korsikada baş verənlərlə bağlı səsini çıxaranda bunu separatizmə dəstək kimi qiymətləndirdi. Yəni Avropa öncə qanunları qoyur, daha sonra bu qanunları siyasi təzyiq üçün istifadə edir. Yəni bunların beynəlxalq hüquq dedikləri əslində başqa ölkələrə təzyiq etmək, amma özlərini isə kefi istəyəndə icra etmək istəkləri bir sənət parçasıdır. Azərbaycan kifayət qədər beynəlxalq hüquqa riayət edir. Qarşıda bizi COP29 kimi mühüm bir tədbir gözləyir və belə bir tədbir ərəfəsində Azərbaycanda heç vaxt belə siyasi səhvlərə yol verməz. Şvabe kimi şəxslər də Azərbaycanı məqsədyönlü şəkildə bax belə qara kampaniyalar göstərməyə çalışır və siyasi məhbus kimi ənənəvi variantlardan istifadə edərək ölkəmizə qarşı təzyiq etməyə çalışır. Amma gəlib istədikləri vaxt baxa bilərlər. Azərbaycan hər ay illik və aylıq hesabatlarla ölkədəki məhbuslarla bağlı, onların saxlanma şəraiti ilə bağlı məlumat verir. Hətta ölkəmizin pozucu fəaliyyətlə məşğul olan vaxt həbs edilən bu separatçı liderlər belə dünyanın bir çox ölkəsindən həbsxanalarda daha yaxşı vəziyyətdə saxlanılır. Azərbaycanda edam cəzası olmadığı üçün bu şəxslərə bu tip cəzalar verilməyib. Yəni onların hazırda olduqları məkan belə dünya standartlarına görə kifayət qədər yaxşı vəziyyətdədir. 
Nəticə etibarilə, ölkədə siyasi məhbus adı altında ölkəmizə qarşı təzyiqlər davam edir. Bu təəssüfverici bir haldır. Amma Şvabe kimi şəxslərin bunların başında olması əslində bu kampaniyanın mahiyyətini göstərir. Bu açıq şəkildə qərəzdir. Ölkələrin bir-birlərinin səhvlərini demək tərzləri də var. Amma Şvabe kimi şəxslərin niyyəti sadəcə və sadəcə ölkəmizə qarayaxma kampaniyası aparmaqdır və COP29, Formula 1 öncəsi bu işlərin görülməsi xüsusi bir məna kəsb edir. Yəni burada da biz görürük ki, söhbət heç də siyasi məhbusların və yaxud ümumiyyətlə, məhbusların vəziyyətindən deyil, onların nə yaşadıqları, hansı vəziyyətdə olduqları deyil, sadəcə və sadəcə Azərbaycanın beynəlxalq imicinə zərər vurulmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
97
50
olaylar.az

10Mənbələr