AZ

Öldürüb bağçada basdırdılar

Öldürüb bağçada basdırdılarKonyada yaşayan Çiğdem E. 5 ay əvvəl itkin düşdüyü üçün yaxınları polisə şikayət edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Çiğdem E.-nin itkin düşməsini şübhəli hesab edən polis qadının ən son görüldüyü ərazilərin retrospektiv təhlükəsizlik kamera qeydlərini araşdırıb.

Araşdırmalar nəticəsində Çiğdem E.-nin ən son əfqanıstan əsilli 4 nəfərlə birlikdə görüldüyü müəyyən edilib.

Polis Çiğdem E.-nin qaçırılmış və ya öldürülmüş ola biləcəyi şübhəsi ilə 4 şübhəlini saxlayıb.

Dindirilmə zamanı Çiğdem E.-nin Karatay rayonu, Nakipoğlu məhəlləsi, Hacı Həsənbaşı küçəsində yerləşən fərdi yaşayış evinin bağçasında bıçaqla öldürüldükdən sonra basdırıldığı müəyyən edilib. Çiğdem E.-nin cəsədi bağçada qazıntı zamanı tapılıb.

Çiğdem E.-nin cəsədi incələnmə üçün tibbi ekspertizaya göndərilib. Şübhəlilər Konya Cinayət Bürosuna aparılıb. Hadisə ilə bağlı istintaq davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
sonxeber.az

1Mənbələr