AZ

Dünyada ilk dəfə “Boeing 787 Dreamliner” simulyatoru Bakıda – Özünüzü “pilot” kimi sınaqdan keçirə bilərsiniz - FOTO

Dünyada
“JW Marriott Absheron Baku” hotelində AZAL və “Boeing”in birgə layihəsi çərçivəsində “Boeing 787 Dreamliner” təyyarəsinin simulyatoru quraşdırılıb. “Boeing 787 Dreamliner” təyyarəsinin simulyatoru dünyada ilk dəfə Azərbaycanda quraşdırılıb.
Biz də 1news.az-ın əməkdaşları olaraq simulyatordan istifadə etdik. Özümüzü bir neçə dəqiqəlik olsa da özümüzü təyyarə sükanı arxasında hiss etdik. Təlimatçının göstərişləri ilə “təyyarəni” idarə etdim, və çətinliklə də olsa endirməyi bacardım Bu simulyator uşaqlar üçün və xüsusilə də özünü gələcəkdə pilot görmək istəyənlər daha da maraqlı olacaq. Siz də bu fürsətdən istifadə etmək istəyirsinizsə, yolunuzu “JW Marriott Absheron Baku” hotelindən sala bilərsiniz. “Boeing”in Avrasiya regionunda kommersiya satışları və marketinq üzrə vitse-prezidenti Pol Riqi bildirib ki, ““Azərbaycan Hava Yolları” regionda “Dreamliner”i istismar edən ilk aviaşirkət olub və ötən il donanmasını genişləndirmək məqsədilə daha səkkiz 787 təyyarəsini sifariş verib. “Simulyator vasitəsilə belə bir müasir təyyarəni “idarə etmək” imkanını yaratmaqla Azərbaycanda yeni nəsil aviasiya həvəskarlarını ruhlandırmağa və sahəyə marağı artırmağa çalışırıq”, — deyə o əlavə edib. Qeyd edək ki, “Boeing 787 Dreamliner” uçuş simulyatoru “Boeing 787” təyyarəsinin standart ekranlar konfiqurasiyasının və naviqasiya ekranlarının görüntüsünü dəqiqliklə əks etdirir. Simulyatorun proqram təminatı, displeyləri, sükan, mühərrik idarəetmə düyməsi və pedalları təyyarənin idarəetmə kabinəsini imitasiya edir. Simulyatoru idarə edərkən qonaqlar ABŞ-nin “Boeing Field” aerodromuna "eniş edə" və “Boeing 787”nin innovativ texnologiyaları ilə tanış ola bilərlər. Xatırladaq ki, AZAL sərnişinlərin rahatlığını yüksək səviyyədə təmin etmək üçün ən son texnologiyaları cəlb etməyə davam edir. Aviaşirkət inkişaf strategiyasının bir hissəsi olaraq təyyarə parkını yeniləməyi və 2030-cu ilə qədər 8 ədəd “Boeing” markalı hava gəmisini əldə etməyi planlaşdırır.
Seçilən
82
10
1news.az

10Mənbələr