AZ

“Liverpul”un sabiq futbolçusu PAOK-la danışıqlar aparır

“Liverpul”un sabiq futbolçusu Deyan Lovren karyerasını Yunanıstanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, PAOK 35 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Lovrenlə danışıqlar son mərhələdədir.

Xorvatiyalı futbolçu son olaraq “Lion”da çıxış edib. O, bundan əvvəl Rusiyada “Zenit”, İngiltərədə “Liverpul”da forma geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
2
futbolpress.az

3Mənbələr