AZ

Tehrandakı Böyük Britaniya, Fransa, Hollandiya və Almaniya səfirləri nazirliyə çağırılıb

Hurriyyet.az xəbər verir ki, Tehran şəhərindəki Böyük Britaniya, Fransa, Hollandiya və Almaniya səfirliklərinin rəhbərləri İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə İran XİN məlumat yayıb. Açıqlamada bunun səbəbinin "Ukrayna münaqişəsi ilə bağlı qeyri-konstruktiv bəyanatlar və İrana qarşı sanksiyaların tətbiqi" olduğu bildirilir. 

İran XİN-in Qərb Ölkələri Departamentinin rəhbəri Məcid Nili Əhmədabadi Ukrayna münaqişəsi ilə bağlı Tehranın mövqeyini bir daha diplomatların diqqətinə çatdırıb, "İran İslam Respublikasının Rusiyaya ballistik raket satışı ilə bağlı bütün iddiaların əsassız və yalan olduğu" bəyan edilib.

Hürr Tərcüman

Seçilən
66
hurriyyet.az

1Mənbələr