AZ

Realın yeni sədri kim olacaq?

Ötən gün Real partiyasının sədri İlqar Məmmədov sədr postundan istefa verdiyini açıqladı. Aydın məsələdir ki, İlqar Məmmədov bu addımını sonuncu seçkilərdə məğlubiyyətlə ayrılmasına görə atıb. Ümumiyyətlə, Real partiyası bu seçkilərə bir neçə namizədlə qatılsa da, yekunda yalnız Erkin Qədirli parlamentə düşə bildi.

Bununla da Erkin Qədirli “Real”dan ardıcıl olaraq 2-ci dəfə parlamentə düşə bilir.

Azərbaycanda seçki majoritar seçki sisteminə əsasən keçirilir. Yəni namizədləri partiyalar irəli şüşələr də, hər kəs öz dairəsində fərdi mübarizə aparır. Yəni seçki günü seçici partiyaya deyil, konkret namizədə səs verir. Sentyabrın 1-də keçirilən seçkilərdə Erkin Qədirli yenidən uğur qazanması ilə Real partiyasının daxilində öz mövqelərini gücləndirə bildi.
İndi əsas sual Realın sükanı arxasına kimin keçəcəyidir?

Seçkilərin nəticəsinə nəzər saldıqda məlum olur ki, müxalif partiyalardan əsasən partiya liderləri uğur qazana biliblər. Hal-hazırda partiyası sədrsiz parlamentdə təmsil edilən siyasi qurum yalnız Realdır. Ona görə ehtimal etmək olar ki, Real partiyası həm elektoratını qoruyub-saxlamaq, eyni zamanda parlamentdə təmsilçiliyini gücləndirmək üçün yeni dönəmdə yoluna Erkin Qədirli ilə davam edəcək. Ümumiyyətlə, son illər Real-Yap arasında formalaşan əsas dialoq kanalı da əsasən Erkin Qədirli üzərindən həyata keçirilir. Erkin Qədirli həm parlamentdə çıxış edir, həm YAP deputatları ilə işgüzar əlaqəyə malikdir, eyni zamanda Real daxilində də Erkin Qədirlini dəstəkləyənlərin sayı üstünlük təşkil etməkdədir.

KONKRET.az-ın ANALİTİK qrupu

Seçilən
113
konkret.az

1Mənbələr