AZ

G7 ölkələri Kiyevə 50 milyard dolların verilməsi şərtləri ilə bağlı razılığa gəlməyib

Yeddilik Qrupu (G7) ölkələri Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 50 milyard dollar verilməsi şərtləri ilə bağlı razılığa gəlməyib.

Bu barədə keçirilən brifinqdə Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi nümayəndəsi Culi Kozak məlumat verib.

O, bildirib ki, fondun icraçı direktorlar şurası gələn həftə ölkənin beşinci iqtisadi icmalının bir hissəsi kimi Ukrayna ilə ilkin razılaşmaları nəzərdən keçirəcək. Onların təsdiqindən sonra Kiyev 2023-cü ildə təsdiq edilmiş Genişləndirilmiş Kredit Mexanizmi (EFF) vasitəsilə 1,1 milyard dollar məbləğində növbəti tranşı və Rusiya Federasiyasının aktivlərindən vəsait alacaq.

“Maliyyələşdirməyə gəlincə, G7 səlahiyyətliləri Ukraynaya 50 milyard dollar məbləğində maliyyə dəstəyi vermək vədlərinin yerinə yetirilməsinin şərtləri və parametrləri ilə bağlı intensiv müzakirələr aparırlar”, -Kozak qeyd edib.

Seçilən
85
aznews.az

1Mənbələr