AZ

"Azparking MMC" işçilər axtarır - MAAŞ 1200-1500-2000-2500 MANAT - VAKANSİYALAR

Azparking MMC

Korporativ satış meneceri

Son tarix 12 okt 2024 - [email protected]

İşin təsviri:  Parkinq xidməti üzrə innovativ həllər təqdim edən AzParking şəhər infrastrukturunu daha səmərəli və vətəndaşlar üçün rahat etmək məqsədilə yaradılmış yeni xidməti olan ”ParkZone” proqram təminatının korporativ satışını həyata keçirmək məqsədi ilə peşəkar satış meneceri axtarışındadır.

Öhdəliklər:

  • “AzParking” MMC tərəfindən açıq və qapalı parkinq ərazilərinin intellektual idarə edilməsi məqsədi ilə hazırlanmış və innovativ həll olan “ParkZone” proqram təminatının effektiv təqdimatının həyata keçirilməsi və korporativ satış imkanlarının araşdırılması;
  • Korporativ satış strategiyasının hazırlanması, qarşıya qoyulmuş hədəflərə uyğun satışın həyata keçirilməsi;
  • Potensial müştərilərdən daxil olan müraciətlər və sorğular əsasında müvafiq təkliflərin hazırlanması;
  • Portfeldəki mövcud müştərilərlə münasibətlərin davamlılığının təmin edilməsi, korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlərin həyata keçirilməsi; 
  • Müştərilərə göstərilən xidmətin nəzarətdə saxlanılması, müştəri sorğularının operativ cavablandırılması və müştəri məmnuniyyətininin qorunması;
  • Əməkdaşlıq müqavilələrininin hazırlanması və prosedura uyğun rəsmiləşdirilməsinin təmin olunması;
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların effektiv təşkil olunması; 
  • Potensial  müştərilərlə aparılan danışıqların, göndərilən/təqdim olunan təkliflərin, işgüzar görüşlərin və nəticələrinin məlumat bazasında qeyd edilməsi, müştəri bazasının analizi,  birbaşa rəhbərə dövri hesabatların təqdim edilməsi

Tələb olunan səriştələr:

  • 3 il iş təcrübəsi,
  • Azərbaycan, rus və ingilis dilində səlis yazı və danışıq bacarığı,
  • Fikrini aydın izah etmə bacarığı və danışıq qabiliyyəti.

İş şəraiti:

  • Əmək haqqı: 2000 AZN
  • İş qrafiki : 5 günlük iş həftəsi

    İş yeri: : Akademik Həsən Əliyev küçəsi, 109 C

Niyə biz?

  • Karyera yüksəlişi imkanı.
  • Rəqabətədavamlı və KPİ əsaslı əmək haqqı sistemi.
  • Korporativ mədəniyyətə sahib dayanıqlı iş mühiti.

Müraciət forması: 

Qeyd olunan tələblərə cavab verən namizədlər e-mail ünvanına “Korporativ satış meneceri” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.

 

Mühasib

 Son tarix 12 okt 2024 [email protected]

İş yeri: Bakı şəhəri;

İş təcrübəsi: Tikinti sahəsi üzrə mühasib vəzifəsində minimum 2  il iş təcrübəsi;

Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə);

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Vahid bəyannamənin hazırlanaraq dövlət orqanına təqdim edilməsi;
  • Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət edilməsi və təhlili;
  • Bank ödənişlərinin həyata keçirilməsi;
  • Bank, Kassa, Əmək haqqı sənədlərinin işlənməsi və uçotunun aparılması;
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi; 
  • Bank və kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkətinin hesabatının hazırlanması;
  • Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
  • Aylıq, rüblük və illik bütün Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara vaxtında təqdim edilməsi;
  • Və digər cari əməliyyatların həyata keçirilməsi.

Tələb olunan səriştələr:

  •  e-gov.az, e-taxes.gov.az, e-customs.gov.az- rəsmi dövlət portalları ilə sərbəst işləmək bacarığı;
  • 1C proqramı üzrə yüksək səviyyədə istifadə bacarığı;
  • Microsoft Excel proqramından istifadə bacarığı;
  • Analitik düşüncə və təhlil bacarığı
  • Komanda daxilində çalışmaq bacarığı;

İş şəraiti:

  • Əmək haqqı: 1200-1500 AZN
  • İş qrafiki : Tam iş həftəsi (5 gün);
  • İş saatları: 09:00-18:00;
  •     İstirahət günləri: Şənbə, bazar

Müraciət forması: 

Qeyd olunan tələblərə cavab verən namizədlər e-mail ünvanına “Mühasib” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.

Təqdim etdiyimiz imkanlar:

  • Karyera yüksəlişi imkanı.
  • Rəqabətədavamlı əmək haqqı sistemi.
  • Korporativ mədəniyyətə sahib iş mühiti.

 

SƏTƏMM mütəxəssisi

 Son tarix 12 okt 2024 [email protected]

İşin təsviri: “AzParking” MMC böyüməkdə olan komandasına yeni layihələrin icrasında fəaliyyət göstərəcək peşəkar SƏTƏMM mütəxəssisi axtarışındadır. 

Öhdəliklər:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etmək;
  • Qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
  • Təşkilatın Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühit idarəetmə sisteminin hazırlanması və qorunmasını təmin etmək;
  • İllik SƏTƏMM büdcəsini planlamaq (adiyyatı şöbələrə SƏTƏMM büdcə planlanmasında istiqamət vermək);
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürmək;
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşmənin düzgün aparılmasına nəzarət etmək;
  • İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək;
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etmək;
  • İşə yeni qəbul olan işçilərə giriş təlimatı keçmək və bölmə rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq;
  • Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması ilə əlaqədar hesabat hazırlamaq və müvafiq göstərişlər vermək;
  • Əmək qanunvericiliyi sisteminə daxil olan normativ aktların tələblərini, aparılan işlərin həcmini nəzərə alaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi üçün təkliflər vermək, iş yerində baş verən bədbəxt hadisələrin səbəblərini analiz etmək və qarşısını almaq üçün tədbirlər planı hazırlamaq.

Tələb olunan səriştələr:

  • Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti;
  • SƏTƏMM üzrə beynəlxalq standartları və yerli qanunvericiliyin tələblərini mükəmməl bilmək və icrası üzrə tikinti sahəsində minimum 3 il əmək təcrübəsinə sahib olmaq;
  • Əməyin mühafizəsi üzrə müvafiq sertifikatların mövcudluğu; 
  • Davamlı olaraq bölgələrə ezamiyyətə getmək imkanına sahib olmaq.

   İş şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: 2000-2500 AZN 
  • İş rejimi: 6 günlük iş qrafiki (şənbə günü qısaldılmış iş günüdür)

Müraciət forması: 

Qeyd olunan tələblərə cavab verən namizədlər e-mail ünvanına “SƏTƏMM mütəxəssisi” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.

Təqdim etdiyimiz imkanlar:

  • Karyera yüksəlişi imkanı.
  • Rəqabətədavamlı əmək haqqı sistemi.
  • Korporativ mədəniyyətə sahib dayanıqlı iş mühiti.
Seçilən
97
50
fed.az

10Mənbələr