…Ukrayna ordusu yalnız “NATO peykləri”nin köməyi, Qərbin uzaq mənzilli yüksək dəqiqlikli silahları ilə Rusiyanın dərinliklərini vura bilər.
Əgər Ukraynaya Rusiya ərazisinə belə hücumlar etməyə icazə verilsə, bu, NATO, ABŞ və Avropa İttifaqının müharibədə birbaşa iştirakı demək olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, Kremlin mətbuat xidməti xəbər verir ki, bu barədə sentyabrın 12-də Sankt-Peterburqda keçirilən forumda Rusiya lideri Vladimir Putin bildirib.
...Putin hesab edir ki, Ukrayna ordusu Qərb istehsalı olan müasir uzaqmənzilli, yüksək dəqiqlikli sistemlərlə zərbələr endirmək iqtidarında deyil.
...Bu, yalnız Ukraynada olmayan peyklərdən əldə edilən kəşfiyyat məlumatlarından istifadə etməklə mümkündür, bu, yalnız Avropa İttifaqının və ya ABŞ-ın peyklərindən, ümumiyyətlə, NATO peyklərindən alınan məlumatlardır.
Bunu deyənPutin əsas məqam kimi, bu raket sistemlərinin yalnız NATO ölkələrinin hərbi personalı tərəfindən həyata keçirilə biləcəyini də gizlətmir.
Onun fikrincə, Ukrayna hərbçiləri bunu etmək iqtidarında deyillər.
...Əgər Ukraynaya Rusiya ərazisini yüksək dəqiqlikli silahlarla vurmağa icazə verilərsə, buna, NATO, ABŞ və Avropa ölkələrinin Ukraynadakı müharibədə birbaşa iştirakından başqa heç nə demək olmayacaq.
...Bu, onların birbaşa iştirakıdır və bu, əlbəttə ki, münaqişənin mahiyyətiniəhəmiyyətli dərəcədə dəyişəcək.
Bunu da Rusiya prezidenti deyib.
Qeyd edək ki, belə bir qərarın Qərb ölkələrini nə ilə təhdid edə biləcəyini Putin hələ dəqiqləşdirməyib.
Bununla belə, o, əlavə edib ki, bu, NATO, ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olacaq.
...Əgər belədirsə, o zaman bu münaqişənin mahiyyətindəki dəyişikliyi nəzərə alaraq, bizim üçün yaranacaq təhlükələrə əsaslanaraq müvafiq qərarlar qəbul edəcəyik
Bunu da Rusiya rəhbəri vəd edib.
Əli Babayev