Goranboyda sükanın idarəetməsini itirən 22 yaşlı Xocalı sakini avtomobili aşırıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Borsunlu kəndi istiqamətindən keçən hissəsində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Xocalı sakini Hümbətzadə Teymur Əli oğlu idarə etdiyi minik maşınını aşıraraq qəza törədib.
Yaralı təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov