Bu gün Azərbaycan 1-ci liqasında 1-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək.
Ötən mövsüm Premyer Liqada sonuncu olan və eitanı tərk edən "Qəbələ" 1-ci liqada ilk oyununa çıxacaq. Kaxaber Sxadadzenin komandası Qəbələ şəhər stadionunda "Zaqatala" ilə qarşılaşacaq.
Bu, "Qəbələ"nin aşağı liqada ikinci mövsümü olacaq. Debütü 2005-2006-cı illər mövsümünə təsadüf edən "qırmızı-qaralar" birinci divizionun (indiki 1-ci Liqa) ilk turunda "Şərur"la qarşılaşıb. 2005-ci il sentyabrın 21-də keçirilən görüşdə "Qəbələ" 8:0 hesabı ilə qalib gəlib.
Günün digər oyununda isə MOİK "Mingəçevir"i qəbul edəcək.
13 sentyabr
17:00.“Qəbələ” – “Zaqatala”
Hakimlər: Vüqar Həsənli, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov
Qəbələ şəhər stadionu
17:00.MOİK – “Mingəçevir”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Aydın Bəxşiyev, Rəsul Babayev
Lökbatan OİK stadionu
12 sentyabr (cümə axşamı)
“Difai” – “Cəbrayıl” - 0:1
“İmişli” – “Bakı Sportinq” - 1:2
11 sentyabr (çərşənbə)
“Karvan” – “Qaradağ Lökbatan” - 1:0