AZ

Region bazarlarında məktəbli geyimləri: “Əlacsız qalıb ucuz geyimlər alırıq”

“Əlacsız qalıb ucuz geyimlər alırıq”Yeni tədris ilinə iki gün qalsa da, region bazarlarında, ticarət mərkəzlərində satıcılar alıcı axtarışındadırlar.300 ticarət obyektinin yerləşdiyi iri Göyçay bazarı dərs ləvazimatları və məktəbli  geyimləri ilə zəngin olsa da, bazarda alıcı qıtlığı yaşanır.Alıcılar deyirlər ki, ötən illə müqayisədə bu il istehsal tələbatdan çoxdur.Onların sözlərinə görə, türk istehsalı olan keyfiyyətli geyimlər baha, yerli istehsal geyimlər isə ucuz və keyfiyyətsizdir.Foto: Meydan TVKeyfiyyətsiz geyimlər 5-20 manat, keyfiyyətli geyimlər isə 35-40 manat arasında dəyişir.Alıcı Xəyalə Əliyeva iki məktəbli övladı üçün nə az, nə çox – 500 manat pul xərclədiyini deyir. Halbuki ötən il 100 manat bundan az xərcləyib.O, Meydan TV-yə deyir ki, məktəblərdə bu il tapşırıq məcburidir:Foto: Meydan TV“Ucuz deyil, keyfiyyət məsələsi var. Sinif rəhbərləri geyim formasını iki ay öncə göndəriblər ki, alın. Çoxumuzun maddi imkanı bir köynəyə, ya ətəyə çatmır. 30-40 manatdır. Ucuz geyimləri isə əlacsız qalıb alırıq. Bir aydır ki, uşaqlara məktəbli geyimi almaq üçün gəlib-gedirəm. İki uşağın çanta daxil dərs ləvazimatlarına 200 manat, geyimlərinə isə 300 manat xərcləmişəm. Çünki qız, oğlan üçün bir ətək, dörd şalvar, dörd köynək, iki ayaqqabı rahat 200-220 manat tutur. Amma yenə baxırsan ki, hansısa geyim çatmır“.“Ucuz geyimlər xəstəlik mənbəyidir”Geyimlər daha çox yerli və Çin istehsalı olduğundan alıcı və satıcılar da keyfiyyətsizlikdən şikayətlənirlər.Satıcılar tövsiyə edirlər ki, insanlar keyfiyyətsiz malları almasınlar.Foto: Meydan TV“Geyimləri 20-25 manata təklif edirik, amma “bahadır” deyib almırlar. Amma 12-15 manata, hətta Çinin 5 manatlıq köynəklərinə pul verib alırlar. Bir uşağa 200-250 manat xərci 100 manat azaldırlar ki, qabağa düşsünlər. Amma uduzurlar. O geyimlər tez sıradan çıxır, yararsız olur, üstəlik xəstəlik mənbəyidir. Amma çox adamda maddi imkan, dolanışıq yoxdur deyə o geyimlərin alıcısı daha çoxdur “, – deyə satıcı Təzəgül İmanlı valideynlərin imkansızlıqdan ucuzluğa qaçdığını vurğulayır.“Keyfiyyətini geyinəndə biləcəyik”Elə valideynlər də o fikirdədirlər. Onlar da geyimlərin əksər hallarda keyfiyyətsiz olduğunu, amma məcburiyyətdən ucuz mal aldıqlarını deyirlər.Foto: Meydan TVAlıcı Şəhriyar Əliyev deyir ki, nisbətən ucuz geyimlər alanda 40-50 manat qabağa düşür:“Ötən il 18-20 manata aldığım köynəyi bu il 12-15 manata aldım. İki uşağa 150 manat geyimə xərcim çıxıb. Halbuki ötən il 400 manat etmişdi. Keyfiyyətini geyinəndə biləcəyik. Oğlan üçün şalvar, köynək, jaket, ayaqqabıya 140 manat xərclədim”.“7-8, bəzən 10  manat artım edənlər var”Satıcı Pərviz Əliyev də deyir ki, əsasən, çanta və digər dərs ləvazimatlarında fürsət edib qazananlar çoxdur:Foto: Meydan TV“Bir həftədir ki, alıcılığı hiss edirəm, əvvəl çox zəif idi. Süni qiymət artımı etməsə, bəzi satıcılar, camaat ucuzluqdan geyim almaz. 7-8, bəzən 10  manat artım edənlər var. Kəndlilərin imkanı zəifdir. Əsas alıcımız da onlardır. Bir uşağın geyiminə 300 manat bəs edər, amma valideynlər istəyirlər ki, 3 uşaq üçün o qiymətə geyim alsınlar. Əsas bahalıq çantalarda, dəftər, qələm, termos, rəngli karandaş və digər ləvazimatlardadır. 5 qəpikdən tutmuş 3-4 manata qədər artım var. 5 manatlıq su termosu 7 manata olub. Üç uşağın təkcə ləvazimatlarına görə 130 manat xərclədim. Bəs pulu olmayanlar necə alsınlar?”.İcarə, vergi, işçi, polis…Bəzi satıcılar isə geyimlərin qiymətini aylıq icarə haqqına görə artırmaq niyyətində olduqlarını deyirlər:Foto: Meydan TV“Ayaqqabılar 15-35 manata kimidir. Əsasən 20-25 manatlıq idman geyimləri çoxdur və bu tip ayaqqabılara üstünlük verilir. 5 manat artım var. Geyimlərdə ölçüyə görə qiymət fərqi də 5 manatdır. Dolu bədən uşağa 20-25  manata satdığımız şalvarı, zəif cüssəli uşağa 15-20 manata satırıq. Ötən il 5-10 manat baha idi. 35 manat satdığımız jaketləri bu il 25 manata satırıq.  Çünki istehsal az, tələbat da az idi. İndi isə artıq əmr var, hanı məktəbli geyimi almalı və istehsal çoxdur. Xərclər də çoxdur. Günlük alıcılıq 200-300 manatı keçmir, amma min manat qazanmalıyıq ki, aylıq 700-800 manatlıq icarəni, vergini, işçilərin əməkhaqqısını verək, polisi də görək”.“Geyim forması keyfiyyətsiz təhsilin yanında boş tələbdir, əlavə xərcdir”Valideyn Sədrəddin Vəliyev isə deyir ki, bu qədər geyimə nəzarət olduğu kimi təhsilin keyfiyyətinə də nəzarət olunsa, yaxşı olar. Çünki valideynlər normal  təhsili də cibindən xərcləyərək əldə etməli olur:Foto: Meydan TV“Beş uşağım var. Alış-veriş 1000 manatı keçdi. Tək geyimlə olmur ki. Bunun təhsili önəmlidir. Amma onu görmürük. Əksinə cibimizdən xərcləyirik. Birinci sinifdən uşaqlar repetitor yanında hazırlaşır. Geyimə nəzarət varkən təhsilə də nəzarət etsinlər. Əks halda hər cür geyim forması  keyfiyyətsiz təhsilin yanında boş tələbdir, əlavə xərcdir”.Foto: Meydan TV

Seçilən
67
1
anaxeber.info

2Mənbələr