AZ

Əhaliyə XƏBƏRDARLIQ: İki gün çölə çıxmayın, yoxsa…

Bu gündən etibarən iki gün ərzində geomaqnit qasırğası olacaq. Bu haqda Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, günəşdə davamlı olaraq baş verən M sinif, yəni radiodalğaları əngəlləyən, yayılmasına mane olan alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb.

Bu hadisə insanlar arasında da təsirsiz ötüşmür. Bəs ən çox kimlər risk altındadır? Təhlükədən özümüzü qorumaq üçün nə etməliyik?

Mövzu barədə nevroloq Rəna Abbasova “Yeni Sabah”a açıqlama verib. Bildirib ki, belə hallarda çölə çıxmamaq daha məqsədəuyğundur:

“Geomaqnit qasırğası zamanı daha çox xroniki xəstəlikləri olan və yaşlı insanlar risk altında olur. Həmçinin, bu sıraya ürək, qan-damar xəstəliyi olan şəxslər də daxildir. Sadalanan şəxslər bu günlərdə daha da ehtiyatlı olmalıdırlar.

Adi insanlarda da geomaqnit qasırğası öz təsirlərini yuxusuzluq, əsəb, narahatlıq kimi hallarla göstərə bilər. Ancaq xroniki xəstəliyi olan insanlarda geomaqnit qasırğasının güclənməsi ilə bir sıra fəsadlar ortaya çıxa bilər.

Ürək xəstəliyi olan insanlarda insult kimi ağırlaşmaların ortaya çıxma ehtimalı yüksəkdir. Arterial təzyiq və şəkərli diabet xəstələri də belə vaxtlarda diqqətli olmalı, dərmanlarını vaxtında qəbul etməlidirlər. Açıq hava yerinə qapalı məkanlarda vaxt keçirmək daha təhlükəsiz sayılır. Əgər xüsusi və vacib bir tədbirləri yoxdursa, evdən çıxmamaq tövsiyə olunur. Bundan əlavə olaraq, bol maye qəbulu, yuxu rejiminə diqqət etmək, stresə düşdükdə sakitləşdiricilər, yuxusuzluq fonunda dərman qəbul etmək olar”.

Həkim insanlara elektronik əşyalardan uzaq durmağı və həkimə müraciət etməyi tövsiyə edib:

“Azyaşlılarda da halsızlıq, baş ağrıları, iştahsızlıq kimi hallar meydana gələ bilər. Bu səbəbdən həm uşaqlara, həm də yetkin şəxslərə telefon, kompüter və digər elektronik cihazlardan bir qədər uzaq qalmaq tövsiyə edilir.

Əgər geomaqnit qasırğası bitdikdən sonra da insanlar səhhətlərində narahatlıq hiss etməyə davam edərsə, bu zaman yaxşı olar ki, həkimə müraciət etsinlər”.

Seçilən
37
23
moderator.az

10Mənbələr