AZ

Şəhidimizin anası müalicə üçün Türkiyəyə göndərilib

"YAŞAT" Fondu tərəfindən şəhidimizin anası müalicə məqsədilə Türkiyəyə göndərilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə fonddan məlumat verilib.

"YAŞAT" Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin və şəhid ailəsi üzvlərinin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Şəhidimiz Mirsədi Mircəfər oğlu Bağırlının anası Səadət Bağırova müalicə məqsədilə Türkiyəyə göndərilib. Fond göndərilən şəxslərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bu günə qədər "YAŞAT" Fondu tərəfindən 182-i ağır yaralı, 9-u şəhid ailəsi üzvü olmaqla, ümumilikdə 191 şəxsin müalicə məqsədilə Türkiyə Respublikasına göndərilməsi təmin edilib. Onlardan 186-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Həmin şəxslərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.

Seçilən
51
9
ucnoqta.az

7Mənbələr