AZ

Gürcüstan və Çin arasında Orta Dəhlizin inkişafı haqqında saziş imzalayıb

Gürcüstan və Çin arasında Orta Dəhlizin inkişafı haqqında saziş imzalayıb.
 "Sherg.az"ın “Sputnik-Georgia”ya istinadən xəbərinə görə, sənədə Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili və Çinin İnkişaf və İslahatlar üzrə Milli Komissiyasının sədri Çao Çensin imza atıblar.
Mərasimdən sonra jurnalistlərə açıqlama verən L.Davitaşvili bildirib ki, bu addımın ölkəyə əlavə sərmayə cəlbinə şərait yaradılacağı bildirilib:
“Bu memorandum ölkəmizə Çinlə daha sıx iqtisadi münasibətlər yaratmağa, eləcə də əlavə investisiyaların cəlb olunmasına imkan verəcək. Onun sayəsində Gürcüstandan Çinə ixracın səviyyəsi də artacaq. Biz sözü gedən dəhlizə daha böyük həcmdə yük cəlb edə biləcəyik. Bununla da Gürcüstanın regional hab qismindəki əhəmiyyəti artacaq”.
Qeyd edək ki, “Bakı-Tbilisi-Qars” dəmir yolunun da daxil olduğu Orta Dəhliz Çin, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyədən keçməklə Avropa regionuna istiqamətlənir.
Seçilən
27
8
sherg.az

8Mənbələr