AZ

Azərbaycanın tanınmış futbolçusu karyerasını başa vurdu, keçmiş klubuna döndü

"Kəpəz" Vurğun Hüseynovla yolları rəsmən ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı müdafiəçi ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Azərbaycan millisində 15 oyun keçirən və 1 qol vuran Hüseynov "Turan Tovuz", "Qəbələ" və "Sumqayıt"da da çıxış edib.

2023-cü ildən "Kəpəz"də forma geyinən tovuzlu bundan sonra məşqçi olaraq fəaliyyət göstərəcək.

Amma Gəncədə və doğma rayonunda yox. Vurğun “Sumqayıt”a dönüb. O, tezliklə “kimyaçılar”ın akademiyasında işə başlayacaq.

SPORTİNFO.AZ

Seçilən
117
sportinfo.az

1Mənbələr