AZ

AZAL və Boeing dən Dreamliner: Simulyatorda özünüzü pilot rolunda sınayın (FOTO)

Bakı. Trend:

Aviasiya mövzusu geniş auditoriya arasında həmişə xüsusi maraqdoğurur və bunun səbəbi təəccüblü deyil; aviasiya yüksəktexnologiyalar və unikal hisslərin heyranedici dünyasıdır. Bu dəfəbiz jurnalistlər, Boeing 787 Dreamliner-i yalnız baxmaqlakifayətlənmədik, həm də onun simulyatorunu sınaqdan keçirmək vədünyanın ən müasir təyyarələrindən birinin pilotu rolunu bir neçəsaatlıq təcrübə etmək imkanı qazandıq.

Simulyatora daxil olan zaman ilk diqqəti çəkən, onun inanılmazdetallarıdır. Hər bir düymə, hər bir ekran, hər bir idarəetməpaneli o qədər dəqiq təkrar edilmişdir ki, yer üzündə olduğunuzuunutmağa başlayırsınız. Şturval, mühərrik idarəetmə çubuqları,pedal - hər şey burada, real hava gəmisində olduğu kimi. Simulyatorproqram təminatı uçuşu ən kiçik detalları ilə təqlid edə bilir, buda Boeing 787 Dreamliner-in "idarə edilməsi" təcrübəsini olduqcareal edir.

Ən həyəcanverici an, ABŞ-dəki Boeing Field hava limanındavirtual eniş etməyə cəhd etdiyimdə başladı. Həyəcan, konsentrasiya,tərli əllər - bu anlarda pilotun dəqiqliyi və soyuqqanlılığı nəqədər əhəmiyyətli olduğunu hiss edirsiniz. Bu sadəcə bireksperiment deyil, real bacarıqların yoxlanılması idi. Aviasiyadanuzaq olanlar üçün belə bir təyyarəni idarə etmək çətin görünəbilər. Və doğrudan da belədir! Hər bir addım şüurlu və dəqiq icraolunmalıdır. Amma prosesin özü - inanılmaz dərəcədə maraqlıdır.

"Azerbaijan Airlines (AZAL) bu bölgədə Dreamliner-i istifadəedən ilk hava yolları şirkəti olub və keçən il parkınıgenişləndirmək üçün daha səkkiz 787 təyyarəsi sifariş edib. Bumüasir təyyarəni simulyator vasitəsilə idarə etmə imkanı təqdimetməklə, Azərbaycandakı gənc aviasiya həvəskarlarını ilhamlandırmaqvə maraqlandırmaq istəyirik", - Boeing-in Avrasiya üzrə satış vəmarketinq departamentinin vitse-prezidenti Pol Riqi bildirib.

Texnologiyalar baxımından, Dreamliner mühəndislik möcüzəsidir.Bu səbəbdən dünya üzrə hava yolları, o cümlədən bölgədə butəyyarəni ilk dəfə istifadə edən Azerbaijan Airlines tərəfindənyüksək qiymətləndirilir.

Ümumilikdə, Boeing 787 Dreamliner müasir geniş gövdəlitəyyarələr seriyasına aiddir. Boeing 787 yalnız yüksək yanacaqsəmərəliliyi ilə deyil, həm də sərnişinlər üçün komfort iləfərqlənir: geniş pəncərələr, azaldılmış turbolentlik təsiri vəinkişaf etmiş havalandırma sistemi - bunların hamısı bir neçəsaatlıq uçuşu maksimum dərəcədə rahat edir.

Seriya üç modeldən ibarətdir:

  • 787–8: 248 sərnişinə qədər yerləşdirilə bilər və 13,530 kmqədər məsafəni qət edə bilir;
  • 787–9: 296 sərnişinə nəzərdə tutulmuşdur və 14,010 km məsafəniqət edə bilir;
  • 787–10: 336 sərnişin tutumuna malikdir və 11,730 km məsafəniqət edə bilir.

Şəxsi olaraq, bu təcrübə mənim üçün yalnız Dreamliner-də "uçmaq"imkanı deyil, həm də hər bir uçuşun arxasında duran böyük əməkmiqyasını göstərdi. Texnologiyaların inkişaf etməsi və hər yenitəyyarənin daha təhlükəsiz, daha səmərəli və daha komfortlu olmasısevindiricidir. Pilot olmaq arzusunda olanlar üçün isə, Boeing 787kimi simulyatorlar bu arzunun həyata keçirilməsi üçün mükəmməl biraddım ola bilər.

Qeyd etmək lazımdır ki, Formula-1 yarışları dövründə (15sentyabr tarixinə qədər) "JW Marriott Absheron Baku" otelində hərkəs AZAL-ın Boeing 787 Dreamliner simulyatorunu sınayaraq buhissləri yaşaya bilər.

AZAL, sərnişinlərin yüksək komfort səviyyəsini təmin etmək üçünən müasir texnologiyalara investisiya yatırmağa davam edir. Şirkət,2030-cu ilədək hava donanmasını yeniləmək və 8 Boeing təyyarəsialmaq planlarını Strateji İnkişaf Proqramı çərçivəsində həyatakeçirmək niyyətindədir.

AZAL
AZAL
AZAL
AZAL
AZAL
Məqalədə:
Seçilən
189
az.trend.az

1Mənbələr