AZ

Xaçmazda doğum gününü qeyd edən şəhid övladları ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, şəhidAğcabəyov Tural Təbriz oğlunun qızı Leylanın 10 yaşı və şəhidQədirov Müqəddəs Nail oğlunun qızı Nurayın 5 yaşı tamam olmasımünasibətilə hər iki şəhidin ailə üzvləri ilə görüşüb.

Elnur Rzayev doğum gününü qeyd edən şəhid övladlarını təbrikedib, xoş arzularını çatdırıb.

Bildirib ki, ölkəmizdə, o cümlədən Xaçmaz rayonunda şəhidailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onlarınhəyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərhəyata keçirilir.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.

Sonda doğum gününü qeyd edən şəhid övladlarına qiymətli xatirəhədiyyələri təqdim olunub.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
2
az.trend.az

3Mənbələr