AZ

"Qarabağ"ı Londonda izləmək istəyənlər 80 manata bilet ala bilər

"Qarabağ"ın Avropa Liqasında "Tottenhem"lə keçirəcəyi matçın biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, "süvarilər"i dəstəkləmək istəyən azarkeşlər vauçerləri iTicket.az-dan onlayn şəkildə əldə edə bilərlər.
 
Londondakı "Tottenham Hotspur Stadium"da oyunu izləyəcək azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "Block 503" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişə biləcəklər. Biletlərin qiyməti 80 AZN-dir.
 
"Qeyd edək ki, vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq. "Tottenhem" - "Qarabağ" oyunu sentyabrın 26-ı saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.

Seçilən
43
1
sport24.az

10Mənbələr