NUH.az-a AİİB-in sədri Eyyub Hüseynovun Daxil İşlər Naziri cənab Vilayət Eyvazova müraciəti daxil olub. Müraciəti olduğu kimi dərc edirik.
M Ü R A C İ Ə T
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
Hörmətli Vilayət müəllim !
“Azad İstehlakçılar” İctimai Birliyinə ( AİİB ) Ağsu rayonu, S.R.Rzayev küçəsi, ev 3/5 ünvanında yaşayan Məmmədov Zaur ( mob. tel ) ərizə ilə müraciət edərək Ağsu rayonunda yerləşən “AzGranata” MMC-də standartlara uyğun olmayan, insan həyatı üçün təhlükəli olan spirtli içkilər istehsal olunduğunu AİİB-ə göndərdiyi teleqram müraciətində bildirmiş və AİİB-in sədrinə telefon zəngi edərək daha geniş məlumat vermişdir. İstehlakçı təhlükəli spirtli içkilər istehsal edən zavodda araşdırma aparılmasını tələb edir.
Xahiş edirəm, AİİB-ə müraciət etmiş Məmmədov Zaurun qaldırdığı məsələnin araşdırılması və görülmüş tədbirlərin nəticəsi barədə AİİB-ə məlumat verilməsinə dair göstəriş verəsiniz.
Qoşma: 1, Teleqram 1 səhifə
Səmimi hörmətlə,
AİİB-in sədri: Eyyub Hüseynov
19.08.2024
Redaksiyadan: Ölkə mediasında “ AzGranata” MMC-nin SOCAR-ın sabiq vitse - prezidenti Mikayıl İsmayılovun nəzarətində olması barədə kifayət qədər yazılıb və təkzib olunmayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
NUH.az