AZ

ABŞ-da Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs müəyyən edilib

FTB ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına ikinci cəhddə şübhəli bilinən şəxsin 58 yaşlı Rayan Root olduğunu müəyyən edib. Onun keçmişdə kiçik cinayətlərə görə səkkiz həbsi var.

Bu barədə CNN xəbər verir.

Telekanal bu məlumatda hüquq-mühafizə orqanlarındakı üç mənbəyə istinad edir.

Trampın ilk sui-qəsd cəhdini araşdıran Konqresin işçi qrupu bazar günü Floridada Trampın qolf klubunda baş vermiş insidentdən sonra Gizli Xidmətdən brifinq tələb edir.

Mənbələr bildiriblər ki, ABŞ kəşfiyyat rəsmiləri bu yaxınlarda Trampın seçki kampaniyası rəsmilərini İranın keçmiş prezidentə və onun ətrafındakılara hücumları artırmağı planlaşdırdığına dair yeni əlamətlər barədə məlumatlandırıblar.

Oxuməni.az

Seçilən
12
50
oxumeni.az

10Mənbələr