Myanmanın mərkəzi bölgələrində təsirli olan Yagi qasırğası nəticəsində ölənlərin sayı 113-ə yüksələrkən, 64 nəfərin itkin düşdüyü bildirilir.
Asiyanın bir çox ölkəsində can itkisi və böyük dağıntılara səbəb olan Yagi qasırğası Myanmanın mərkəzi bölgəsindəki Kayah, Kayin, Mandalay, Mon və Şan əyalətlərində də fəlakətə səbəb olub. Ölkəni idarə edən xuntanın sözçüsü general-mayor Zav Min Tun verdiyi açıqlamada tayfun nəticəsində həyatını itirənlərin sayının 113-ə, yaralıların sayının isə 64-ə yüksəldiyini bildirib. Ölkədə 320 mindən çox insan müvəqqəti sığınacaqlara yerləşdirildiyi halda, 66 min ev, 375 məktəb və 1 monastır dağılıb. Yollar və digər infrastrukturlar su altında qalıb…
Oxuməni.az