AZ

Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti  verib.

Sentyabrın 14-də və 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 27 tüfəng və 31 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir. Sentyabrın 14-15-də qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng və 6 ədəd patron aşkar edilərək götürülüb.

 

P.ƏMİRCANOV

XQ

 

Seçilən
120
17
xalqqazeti.az

5Mənbələr