AZ

Tərtərin ümumtəhsil müəssisələrində ilk dərs günü qeyd edilib - FOTO

Bu gün 2024-2025-ci tədris ilinin ilk dərs günüdür. Məktəblərdə dərslər “Bilik Günü”hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarix həftənin bazar gününə təsadüfetməsi səbəbindən dərslər sentyabrın 16-da başlanıb.Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP Tərtər RayonTəşkilatının sədri Eldar Əsədov, Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev rayonda fəaliyyətgöstərən umumtəhsil məktəblərində olub, müəllim və şagirdləri yeni dərs ilininbaşlanması münasibəti ilə təbrik edərək, onlara təhsildə uğurlar arzulayıblar.Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov bildirib ki,ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsiistiqamətində görülən işlər, həyata keçirilən layihələr çoxdur.Hakimiyyətinin bütün mərhələlərində təhsilə və onun inkişafına böyük diqqət göstərənUlu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı ölkə başçısı cənab İlhamƏliyev də təhsilin inkişafını həmişə diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühümtədbirlər həyata keçirir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaqevləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.Biz bu diqqət və qayğını öz rayonumuzun timsalında daha aydın hiss edirik.Respublika Prezidentinin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra“Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlıtədbirlər haqqında” Sərəncam imzalamış, 432 şagird yerlik Xoruzlu kənd tam ortaməktəbi, 2023-cü ildə isə Heydər Əliyev Fondu tərəfindən 320 şagird yerlik AzadQaraqoyunlu kənd və Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik şəhər 5 nömrəli tamorta məktəbləri üçün yeni binaların tikilmiş, Təhsil Nazirliyi tərəfindən onlarla məktəbdətəmir işləri aparılmışdır.Qeyd edək ki, təhsilə göstərilən diqqət və qayğının nəticəsində bu il rayonumuzunumumtəhsil məktəblərini bitirən 756 nəfər məzundan 421 nəfəri ali məktəblərə sənədvermişdir. Ali məktəblərə sənəd verən məzunlardan 285 nəfər müxtəlif ali təhsilmüəssisələrinə, o cümlədən 5 nəfər Polis Akademiyasına, 7 nəfər QarabağUniversitetinə, 5 nəfər isə Cəmşid Naxçıvanski adına liseyə qəbul olmuşdur. Onlardan9 nəfər 600-dən, 33 nəfər isə 500-600 arası bal toplamışlar. 600-dən yuxarı baltoplayanların sayı ötən illə müqayisədə 3, 500-600 arası bal toplayan məzunların sayıisə 12 nəfər artmışdır.Bu il İX sinfi bitirən 954 nəfər şagirddən 120 nəfəri orta ixtisas məktəblərinə sənədvermiş və 113 məzun orta ixtisas məktəbinə qəbul olub. Bu da ötən illə müqayisədə 67nəfər çoxdur.Qeyd edək ki, “Ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin təşkili barədə”müvafiq əmrə əsasən, yeni tədris ilində II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminəhəmrəylik” mövzusuna həsr olunub.Dia-az.İnfo

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
2
dia-az.info

3Mənbələr