AZ

Azərbaycan çempionatı başa çatıb – FOTO

Şüvəlanda yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başa çatıb.

Doğru.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda 100-ə yaxın atlet qüvvəsini sınayıb.

Kişilər arasında Amin Osmanov (55 kiloqram), Dəniz Cabbarlı (61 kiloqram), Ravin Alməmmədov (89 kiloqram) və Nurlan Məmmədzadə (96 kiloqram) öz çəki dərəcələrində həm böyüklərdə, həm gənclərdə, Yunis Bayramov (67 kiloqram), Qasım İsmayılov (73 kiloqram) və Orxan Zöhrabzadə (81 kiloqram) gənclərdə, Tehran Məmmədov (67 kiloqram), İsa Rüstəmov (73 kiloqram), Ömər Cavadov (81 kiloqram), Mürsəl Quliyev (102 kiloqram), Əli Şükürlü (109 kiloqram) və Dadaş Dadaşbəyli (+109 kiloqram) böyüklərdə Azərbaycan çempionu adına layiq görülüblər.

Qadınlarda isə Samirə Rzayeva (45 kiloqram), Aydan Rzayeva (49 kiloqram), Selcan Qarayeva (55 kiloqram), Fazilə İmanova (64 kiloqram), Nigar Əliyeva (71 kiloqram), Arzu Qədimova (76 kiloqram), Rahilə Hüseynzadə (81 kiloqram) və Mələk Hüseynli (87 kiloqram) həm gənclər, həm də böyüklər arasında, Lalə Əzizli (59 kiloqram) böyüklərdə, Milena Hüseynli (59 kiloqram) gənclərdə Azərbaycanın ən yaxşısı adlarını qazanıblar.

Yarışda komanda hesabında uğur qazanan kollektivlər Federasiyası tərəfindən pul mükafatına layiq görülüblər. Azərbaycan çempionat və birincilikləri üçün təyin edilən xüsusi mükafat fondu idmançı və məşqçilərin həvəsləndirilməsi, eyni zamanda, rəqabətin artırılması məqsədi daşıyır.

Gənclər arasında Azərbaycan birinciliyində komanda hesabında bütün rəqiblərini aşkar üstələyən Qazax komandasına 5 min manat mükafat verilib. 2-ci olan “Təhsil” RİM-in Bakı şəhəri üzrə yığma komandası 3 min manat, 3-cü olan Gəncə komandası isə 1 (bir) min manat əldə edib.

Böyüklər arasında da Qazax komandası hamıdan güclü olduğunu sübut edib. Bu kollektivə 10 min manat mükafat təqdim edilib. 2-ci olan Lənkəran komandası 5 min, 3-cü olan Sumqayıt komandası isə 3 min manat qazanıb.

DOĞRU.AZ

image-17264670403360130031_1200x630 image-1726467040697562172_1200x630 image-17264670401830062722_1200x630 image-17264670405441848746_1200x630 image-17264670401680012985_1200x630 image-17264670404555664681_1200x630 image-17264670402283543190_1200x630 image-17264670403250962075_1200x630

Seçilən
33
13
dogru.az

10Mənbələr