AZ

Bankdan kredit götürərkən hansı məqamlara diqqət edilməlidir?

Kredit götürmək ciddi maliyyə qərarlarından biridir və düzgün planlaşdırılmadıqda gələcəkdə maliyyə çətinliklərinə səbəb ola bilər. Bu qərarı verərkən diqqətli olmaq və hərtərəfli təhlil aparmaq vacibdir. Aşağıda kredit götürərkən diqqət etməli olduğumuz əsas məqamları sizin üçün izah edirik:

1. Maliyyə Vəziyyətinizi Dəqiq Təhlil Edin!

Kredit götürmədən öncə öz maliyyə vəziyyətinizi obyektiv şəkildə təhlil etməyiniz vacibdir. Gəlir və xərclərinizi nəzərdən keçirin, mövcud borclarınızı, məcburi ödənişlərinizi də bu təhlilə daxil edin. Əgər borcunuzu ödəyə bilməyəcəyiniz vəziyyət yaranarsa, bu, ciddi maliyyə çətinliklərinə və hətta kredit borcunun gecikdirilməsinə gətirib çıxara bilər. Aylıq gəlirinizin sabit olub-olmadığını və qəfil xərclərə qarşı nə qədər dayanıqlı olduğunuzu yaxşıca düşünün.

2. Müxtəlif Kredit Şərtlərini Müqayisə Edin!

Bazar araşdırması aparmaq və müxtəlif kredit təkliflərini müqayisə etmək önəmlidir. Faiz dərəcələri, ödəniş müddətləri və əlavə xərclər baxımından fərqli bankların təkliflərini gözdən keçirin. Daha aşağı faiz dərəcələri və daha uzun ödəniş müddəti, ilkin olaraq, daha rahat görünsə də, uzunmüddətli baxımdan ümumi ödənişləri artıra bilər. Şərtləri dərindən başa düşmək və doğru seçim etmək gələcək maliyyə yükünüzü yüngülləşdirə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
4
banco.az

6Mənbələr