AZ

Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə fəaliyyətə başlayan məktəblər

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 15 sentyabr Bilik günü ilə əlaqədar olaraq işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəblər haqqında video çarx hazırlayıb.

NOCOMMENT.az xəbər verir ki, çarxda Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli, Şuşa şəhər 1 nömrəli, Laçın şəhər 2 nömrəli, Xocalı şəhəri 1 nömrəli, Laçın rayonunun Zabux və Sus kəndləri, Ağdərə rayonunun Talış kəndi və Zəngilan rayonunun Ağalı kənd tam orta məktəblərinin görüntüləri, uşaqların ilk dərs gününə hazırlıq prosesi, məktəblərə yola düşmələri, tənəffüs və dərs prosesi öz əksini tapıb.

Qeyd edək ki, 2024-2025-ci il tədris ilində Xocalı şəhəri 1 nömrəli, Laçın rayonunun Sus kənd tam orta məktəbi və Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilk dəfə tədrisə başlanılıb.

Seçilən
34
15
nocomment.az

10Mənbələr