AZ

Timberleyk ittihamları qəbul etdi

Nyu-York ştatında məhkəmə qarşısına çıxan 43 yaşlı amerikalı müğənni və aktyor Castin Timberleyk sərxoş halda avtomobil idarə etməkdə təqsirli bilinib.

Kulis.az xəbər verir ki, o, 500 dollar cərimə, 260 dollar əlavə pul ödəməli, 25 saat ictimai xidmət göstərməli və sərxoş halda maşın sürdüyünə görə ictimai təhlükəsizlik bildirişi verməlidir.

Mövzu ilə bağlı açıqlama verən müğənni bunları deyib:

"Heç vaxt sərxoş halda sükan arxasına keçməyin. Bu mənim etdiyim səhv idi, amma ümid edirəm ki, indi izləyən, dinləyən hər kəs bundan dərs çıxarar".

Ülvi Bahadır

Seçilən
24
kulis.az

1Mənbələr