AZ

Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək

Oktyabrın 5-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Türk dünyasının gənc yazarlarının I Bakı forumu keçiriləcək. Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasından olan nümayəndələr iştirak edəcəklər.

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar AZƏRTAC-a bildirib ki, layihənin məqsədi Türk dünyasının tarixi ənənəsi olan ortaq ədəbi-mədəni əlaqələrin bu günü və gələcəyinə yeni nəsil yazarların verəcəyi töhfələrin müzakirəsi, ortaq ideyalar və birgə fəaliyyətlərin artırılmasıdır.

Onun sözlərinə gərə, həmçinin oktyabrın 4-də Türk Mədəniyyəti və İrsi Fondu və Sosial Tədqiqatlar Mərkəzinin də tərəfdaşı olduğu layihə çərçivəsində “Türk dünyası şeir günü - Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley törəni” adlı tədbir reallaşacaq. İştirakçılara Türk dünyasının müxtəlif yerlərində yaşayan yazarların yaradıcılıq nümunələrindən ibarət nəşr olunan kitab təqdim olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
4
yeniazerbaycan.com

5Mənbələr