AZ

Əfqanların sevdiyi, sovet hökumətinin öldürmək istədiyi yapon – Dünyanın danışdığı idmançı indi haradadır?

İkinci Dünya müharibəsindən kifayət qədər zərərlə çıxan Yaponiya uzun müddət müharibələrdən, silahlardan kənarda qalmaq qərarına gəlir. Bütün qüvvəsini və sərmayəsini iqtisadiyyata, elmə həsr edir. Sonralar əlbəttə, bunun bəhrəsini görür. Qısa müddətdə qitənin ən güclü iqtisadiyyatına malik Çindən bir addım geridə qalaraq, Asiyanın 2-cisi olur.
 
Yaponiyanın hərb sənayesinə, müharibələrə “marağı” demək olar hələ də oyanmayıb. Zaman-zaman bəzi hərbi təlimlərə qatılsa da, bu, qətiyyən müharibəyə meyldən xəbər vermir.
 
Bütün bunlara baxmayaraq, Yaponiya çox qədim yaxın və əlbəyaxa döyüş sənəti tarixinə malikdir.
 
Moderator.az musavat.com-a istinadla yapon döyüş ustası Koşiro Tanakanın Yaponiyadan Əfqanıstana uzanan döyüş yolu haqqında məlumatı təqdim edir.
 
Tanaka 1940-cı ildə Fukuoka bölgəsində anadan olub. Yapon mentalitetinə uyğun olaraq, erkən yaşlarında döyüş sənətinin sirlərini öyrənməyə başlayıb. Hələ kiçik yaşlarında cüdo, kendo, qılıncoynatma, karate, Kunq-Fu sənətlərinə yiyələnib.
 
WhatsApp Image 2024-09-16 at 16.05.39 (1).jpeg (46 KB)
 
Yaxın və əlbəyaxa döyüş sirlərini mənimsəyən Koşiro az sonra tam özünəməxsus yeni bir döyüş idman növü- Hiko Ryu Taijutsu yaradıb. 
 
Tanakanın gənclik illərində Yaponiya artıq müharibələrdən uzaq idi və silahsızlaşdırılmışdı.
 
Ölkəsində demək olar ki, hərbi xidmət yox idi və buna görə döyüş ustası hərb sənəti ilə tanış olmamışdı. Amma dünyada gedən prosesləri yaxından izləyirdi.
 
1979-cu ildə sovet qoşunlarının Əfqanıstana daxil olması xəbəri Yaponiyaya çatdı. Sovet dövlətini və onun işğalçı siyasətini dəstəkləməyən Koşiro bu dövləti həm də vətəninə qarşı bir təhlükə olaraq görürdü. Yaponiyanın bu işğal məsələsinə müdaxilə etməyəcəyinə əmin olan döyüşçü bu dəfə hərb və odlu silah təlimlərinə qatılır. Artıq hərbçi olduğuna əmin olan Koşiro haqlı tərəf hesab etdiyi Əfqanıstana kömək üçün bu ölkəyə gəlir. Həmin vaxt dövlət səviyyəsində olmasa da, tayfalar, xalqlar kiçik qüvvələrlə də olsa, əfqan xalqına kömək edirdi. Köməyə ən çox təhrik edən amil din idi. Tanaka Əfqanıstanda sovetə qarşı müqavimət hərəkatına qoşulur. Demək olar ki, əfqanlar ilk dəfə bir yapondan kömək təklifi alırlar. Çünki həm Yaponiya müharibədən uzaq idi, həm də əfqan və yapon xalqlarının illərə söykənən dostluq əlaqələri yox idi.
 
WhatsApp Image 2024-09-16 at 16.05.39.jpeg (23 KB)
 
Koşiro uzun müddət mücahidlərə əlbəyaxa döyüş təlimləri verir. Onlara cüdo, karate, bir sözlə, ustası olduğu bütün idman növlərini öyrədir. Döyüşlər alovlananda artıq savaş meydanlarına atılır və əhəmiyyətli hərbi əməliyyatlarda iştirak edir.
 
Artıq yapon döyüşçünün şöhrəti bütün Əfqanıstana yayılır. Əfqanıstan hökuməti sovet işğalını dəstəkləyirdi və Sakit okeandan gələn döyüş ustası artıq hakimiyyəti narahat etməyə başlamışdı. Tanakanı aradan götürmək təkcə sovet qüvvələrinin deyil, həm də əfqan hökumətinin də əsas hədəfinə çevrilmişdi. Buna heç cür müvəffəq ola bilməyən əfqan hökuməti dəfələrlə Tanakanı məhv etdiyini bəyan etsə də, ən qızğın döyüşlərdə yapon əsgər Günəş kimi parlamağa davam edirdi.
 
Belə bir məqamda  məsələyə yapon hökuməti qarışmalı olur. Vətəndaşını dərhal bu fəaliyyətə son qoymağa və ölkəsinə qayıtmağa çağırır. Bu çağırışa əhəmiyyət verməyən döyüşçü yapon hökumətini tənqid edir. O, ölkəsini sovet işğalına qarşı çıxmamaqda və işğalda olan Kuril adalarını azad etməyə cəhd etməməkdə qınayır.
 
Üstəlik, Yaponiya hökuməti ilə belə gərgin münasibət dönəmində ən azı 6 dəfə Yaponiyaya gedib mücahidlərə yardım gətirir. Onun bu gizli səfərləri mücahidlərdə ruh yüksəkliyi yaradır.
 
Müharibənin sonlarına doğru cəsur döyüşçü ölkəsinə qayıdır. Artıq onun haqqında sənədli filmlər çəkilməyə başlanılır. Təvəzökarlığını daim qoruyan Koşiro Əfqanıstandakı döyüş yolundan danışarkən bunları deyir: “Bütün əməliyyatlara 2 əl qumbarası ilə qatılmışam. Biri düşməni məhv etmək, biri də ələ keçərsəm, özümü partlatmaq üçün idi”.
 
Yapon döyüşçünün şərəfli döyüş yolu həm də əfqan mücahidlərinin qürur mənbəyinə çevrilir. Dar günlərində köməklərinə gələn, onlara yardım əlini uzadan bu mərd insanı əsla ələ vermədən sağ-salamat vətəninə yola salırlar.
 
Ən son məlumatlara görə, Koşiro Tanaka həyatdadır və öz ölkəsində əlbəyaxa və yaxın döyüş növlərini öyrətməklə məşğuldur. /Musavat.com/
 
Seçilən
15
13
moderator.az

10Mənbələr