AZ

Pezeşkian İranın Rusiyaya raket tədarükünü təkzib etdi

"İran Rusiya ilə əməkdaşlığa və ticarətə davam edir, lakin onu heç bir raketlə təmin etməyib".

Bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian iranlı və xarici jurnalistlərin iştirakı ilə səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk mətbuat konfransı zamanı deyib.

Oxu.Az xəbər verir ki, tədbir İRİB telekanalı tərəfindən yayımlanıb.

"Biz Rusiya ilə əməkdaşlıq və ticarət əlaqələri qurmuşuq, lakin biz hakimiyyətə gələndən heç bir silah ötürülməyib" , - deyə prezident bildirib.

O əlavə edib ki, İran həmişə Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub.
Seçilən
28
8
sherg.az

8Mənbələr