Rumıniyanın Vranca seysmik zonasında 5,2 maqnitudalı zəlzələ olub.
Yenicag.az xəbər verir ki, mənbəyi 140 km dərinlikdə yerləşən zəlzələ ölkənin bir çox yerində, həmçinin, Bolqarıstan, Moldova və Ukraynada hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bu, 2024-cü ildə Rumıniyada qeydə alınan ən güclü zəlzələdir.